“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

N. Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbin kimya müəllimi Həsənova Məlahət Vaqif qızının çalışmanın son yaş həddinə çatması münasibətilə yubiley tədbiri keçirilmişdir .

07/10/2025, 21:30
xeber1

Bu gün ömrünün 40 ildən çoxunu təhsilə,öz sevimli şagirdlərinə bilik,savad öyrətməyə həsr etmiş qabaqcıl müəllim, əsil pedaqoq N. Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbin kimya müəllimi Həsənova Məlahət Vaqif qızının çalışmanın son yaş həddinə çatması münasibətilə yubiley tədbiri keçirilmişdir . 


Tədbirdə DŞRTİ İsmayıllı Rayon Təhsil sektorunun müdiri Rəşid Məmmədov , ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov və kollektiv üzvləri iştirak etmişlər. Çıxış edən natiqlər Məlahət Həsənovanın işlədiyi müddətdə həmişə işinə böyük məsuliyyətlə yanaşdığını, dəfələrlə hazırladığı şagirdlərin fənn olimpiadasında və digər müsabiqələrdə qalib olduğunu, şagirdlərin və kollektivin dərin hörmətini qazandığını bildirdilər.


Yubilyar ETİHİ Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyəsi ilə mükafatlandırıldı. Kollektivin sevimli müəllimi Həsənova Məlahət müəllimi yubiley yaşının tamam olması münasibətilə təhsil ictimaiyyəti adından ürəkdən təbrik edirik, ona sağlam ömür və xoş istirahətlər arzulayırıq.

#ETİHİ #AHİK #ismayıllı #yubileyyaş

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: