Xəbərlər
Nabran Təhsil İstirahət Mərkəzində müəllimlərin yaddaqalan istirahəti
12/08/2026, 17:39

Nabranda yerləşən Təhsil İstirahət Mərkəzində müəllimlərin asudə vaxtlarının səmərəli və mənalı təşkili məqsədilə gözəl istirahət proqramı təşkil olunub.
6 günlük istirahət müddətində müəllimlər.Dəniz kənarında gəzintilər, maraqlı söhbətlər, birlikdə keçirilən asudə vaxt və xoş xatirələr bu istirahəti daha da yaddaqalan edib.
Müəllim əməyinin dəyərli olduğu qədər, onların istirahəti və sosial rifahınında ETİHİ tərəfindən diqqətdə saxlanılması vacibdir. Belə istirahətlər həmkarlar arasında dostluq və həmrəyliyin daha da möhkəmlənməsinə, yeni tədris ilinə yüksək əhval-ruhiyyə ilə başlamağa böyük töhfə verir.Yaradılan şəraitə görə ETİHİ-nın rəhbərinə təşəkkür edirik.






