“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Nabran Təhsil İstirahət Mərkəzində yaradılmış yüksək şərait

07/07/2026, 23:08
xeber1

Müəllim əməyinə verilən dəyərin bariz nümunəsi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə respublikanın müxtəlif şəhər və rayonlarından olan təhsil işçilərinin istirahətinin səmərəli təşkili məqsədilə Nabran Təhsil İstirahət Mərkəzində yaradılmış yüksək şərait iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanır. İstirahət edənlər arasında Ağstafa rayonunun təhsil işçiləri də yer alır. Onlar göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək bildiriblər ki, yaradılmış müasir şərait, nümunəvi xidmət və rahat istirahət imkanları müəllim əməyinə verilən yüksək dəyərin və sosial rifahın yaxşılaşdırılmasına göstərilən xüsusi qayğının parlaq təzahürüdür. Səfər iştirakçıları qeyd ediblər ki, bu cür layihələr müəllimlərin sağlamlığının qorunmasına, mənəvi rahatlığının təmin edilməsinə, əmək fəaliyyətinə daha yüksək motivasiya ilə qayıtmalarına, həmçinin ölkənin müxtəlif bölgələrindən olan həmkarlar arasında dostluq və həmrəylik əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə verir.

Ağstafa rayonunun təhsil işçiləri onlara göstərilən bu yüksək diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə səmimi təşəkkürlərini və dərin minnətdarlıqlarını bildirərək, müəllimlərin sosial müdafiəsinə və mənalı istirahətinin təşkilinə yönəlmiş bu nəcib təşəbbüslərin gələcək illərdə də uğurla davam etdiriləcəyinə inandıqlarını ifadə etdilər

Gallery Image

Sosial şəbəkələrdə paylaş: