Xəbərlər
Naftalanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Naftalan şəhər Komitəsi tərəfindən Naftalan Şəhəri üzrə ümumtəhsil müəssisələrinin təhsil işçiləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat yarışının ikinci mərhələsi (şəhər mərhələsi) keçirilmişdir.
Yarışın nəticələrinə əsasən:
I yeri Ələsgərov Amil Nazim oğlu
II yeri Verdiyeva Elminə Vüsal qızı
III yeri Fərhadov Elman Xanlar oğlu
Qaliblər fəxri fərman və mükafata layiq görülmüşdür.
Yarışın II mərhələsinin qalibi Naftalan şəhər Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbin ittifaq üzvü Ələsgərov Amil Nazim oğlu üçüncü mərhələdə (final mərhələsi) iştirak etmək hüququ qazanmışdır. Ələsgərov Amil Nazim oğluna üçüncü mərhələdə uğurlar arzulayırıq!








