Xəbərlər
Naftalanda ittifaq üzvlərinin asudə vaxtlarını səmərəli təşkil etmək üçün gəzintilər təşkil edilib
05/07/2026, 17:58

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Naftalan şəhər Komitəsi öz üzvlərinin asudə vaxtlarının səmərəli və mənalı təşkili, eləcə də iş yorğunluğunun aradan qaldırılması məqsədilə növbəti maarifləndirici və istirahət xarakterli tədbirini həyata keçirib.Komitənin təşkilatçılığı ilə ilk həmkarlar ittifaqı təşkilatlarının üzvləri olan təhsil işçiləri üçün ölkəmizin füsunkar təbiətə və zəngin tarixi-mədəni irsə malik dilbər guşələrinə gəzintilər təşkil olunub.
















