Xəbərlər
Naftalanda "Müəllim Günü" münasibəti ilə 65 yaşı tamam olmuş ittifaq üzləri ilə görüş keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Naftalan şəhər komitəsi təhsil işçilərinə diqqət və qayğı tədbirlərini davam etdirir. Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi, ittifaq üzvü Muradova Şəlalə Qnyaz qızının və Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta ümumtəhsil məktəbinin müəllimi, ittifaq üzvü Əmirova Aybəniz Cuğu qızının yubileyləri münasibətilə görüşlər keçirilib.
Görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin baş müşaviri İsmayılova Pərvanə Bayram qızı iştirak etmişdir.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin baş müşaviri Pərvanə İsmayılova və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Naftalan şəhər Komitəsinin sədri Ramil Bayramov yubilyarları təbrik edərək, elm və təhsilin inkişafındakı xidmətlərinə görə onlara öz təşəkkürünün bilidirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonda yubilyarlara Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Naftalan şəhər Komitəsi tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim olunub.








