“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Naftalanda "Novruz bayramı" münasibətilə tədbir təşkil edilib

12/03/2026, 17:19
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Naftalan şəhər Komitəsi tərəfindən xalqımızın qədim və əziz bayramı olan Novruz bayramı münasibətilə silsilə bayram tədbirləri təşkil edilib.


Səmimi və xoş bayram ovqatında keçən tədbirlərdə milli adət-ənənələrimiz, zəngin mədəni irsimiz və Novruzun gətirdiyi birlik, bərabərlik, dostluq və həmrəylik dəyərləri öz əksini tapıb. İştirakçılar baharın gəlişini böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qeyd ediblər.


Novruzun hərarəti evlərimizə ruzi-bərəkət, süfrələrimizə bolluq, qəlblərimizə sevinc və həyatımıza yeni ümidlər gətirsin!


Bütün xalqımızı Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər kəsə möhkəm cansağlığı, ailə səadəti, firavanlıq və bol uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: