“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə"

09/10/2025, 18:10
xeber1

14 oktyabr 2025-ci il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsinin təşkilatçılığı, Qazax–Tovuz Regional Gənclər və İdman İdarəsi, Ağstafa Rayon Polis Şöbəsi, Ağstafa Rayon Sosial Xidmət Mərkəzi “Gənclər Evi”nin, həmçinin Ağstafa şəhər 3 nömrəli tam orta məktəbin birgə əməkdaşlığı ilə “Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdən öncə İkinci Qarabağ Müharibəsinin ilk günlərindən könüllü olaraq ordu sıralarına qoşulub, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Elvin Elsevər oğlu İmaməliyevin abidəsi ziyarət olunub.

Daha sonra məktəbin akt zalında tədbir öz işinə başlayıb. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, mövzuya dair videoçarx nümayiş olunub.

Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin sədri Elvira Əfəndiyeva, Qazax–Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Ağstafa Rayon Polis Şöbəsinin nümayəndəsi Nurlan Niyazlı, Ağstafa Rayon Sosial Xidmət Mərkəzi “Gənclər Evi”nin direкtoru Nicat Vekilov , metodisti Kifayət Əlisgəndərova və Ağstafa şəhər 3 nömrəli məktəbin psixoloqu Elnarə Isgəndərova çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, narkomaniya bu gün cəmiyyətin qarşısında duran ən təhlükəli sosial bəlalardan biridir. Bu problem təkcə fərdi deyil, ailəni, cəmiyyəti və bütövlükdə dövlətin gələcəyini təhdid edir. Narkotik vasitələr insanın fiziki və mənəvi sağlamlığını məhv edir, gənclər arasında asılılıq çox vaxt maraq, təsir altında qalma və ya psixoloji çətinliklərin nəticəsində yaranır.

Qeyd olunub ki, narkotik vasitələrin istifadəsinin fəsadları təkcə sağlamlığa deyil, həm də təhsil, ailə münasibətləri və ictimai təhlükəsizlik sahələrinə mənfi təsir göstərir.

Azərbaycan dövləti bu bəlaya qarşı ardıcıl və məqsədyönlü siyasət həyata keçirir — qanunvericilik sərtləşdirilir, profilaktik tədbirlər, təlimlər və maarifləndirici görüşlər təşkil olunur. Bununla yanaşı, ailənin, məktəbin və ictimaiyyətin birgə səyləri bu mübarizədə xüsusi əhəmiyyət daşıyır.

#AHİK

#ETIHI

#ETIHIAĞSTAFA

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: