“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə

15/10/2025, 12:25
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin təşkilatçılığı ilə Ağdam Dövlət Sosial-İqtisadi Kollecdə “Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlmaz Nərimanov, Ağdam Rayon Polis Şöbəsinin mayoru Vüqar Hacıyev, eləcə də kollecin rəhbərliyi və pedaqoji heyəti iştirak etmişlər.

Çıxış edənlər gənclər arasında sağlam həyat tərzinin təbliği, narkotik vasitələrin cəmiyyətə vurduğu fəsadlar və bu istiqamətdə maarifləndirmə işinin əhəmiyyəti vurğulanmışdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: