Xəbərlər
Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə
16/11/2026, 09:54

Pirallahı rayonunun ümumtəhsil məktəblərində gənclər arasında narkomaniyanın zərərli nəticələrinə dair maarifləndirici görüşlər təşkil olunur.Bu çərçivədə 186 nömrəli tam orta məktəbdə keçirilən görüşdə narkotik vasitələrin insan sağlamlığına,ailəyə və cəmiyyətə vurduğu zərərlər,onların qanunsuz dövriyyəsinin fəsadları və sağlam həyat tərzinin əhəmiyyəti barədə şagirdlərə ətraflı məlumat verilib.Görüşün əsas məqsədi gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq,onlarda sağlam həyat tərzinə maraq yaratmaq və narkomaniyaya qarşı mübarizə ruhunu gücləndirməkdir.Unutmayaq ki, sağlam gələcək sağlam seçimlərdən başlayır!







