Xəbərlər
,,Narkomaniya və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə" mövzüsünda görüşlər davam edir

,,Narkomaniya və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə" mövzüsünda ETİHİ Yevlax Şəhər Komitəsinin üzv təşkilatlarında görüşlər davam edir.
Yevlax Rayonu Yuxarı Qarxun kənd tam orta ümumtəhsil məktəbində "Zərərli vərdişlərə yox deyək "mövzusunda tədbir keçirilib.Tədbirdə məktəbin ilk həmlarlar ittifaqı təşkilat sədri Aytən Nəcəfova, məktəbin direktir səlahiyyətlərini müvəqqəti icra edən Həlimə Həmidova, məktəbin Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Rəşad Musayev, məktəbin psoxoloqu Mehri Əhmədova və məktəbin yuxarı sinif şagirdləri iştirak edib.
Tədbirin əsas məqsədi şagirdlərə zərərli vərdişlərin (siqaret, alkoqol, narkotik maddələr və digər asılılıq yaradan vərdişlər) fəsadları haqqında məlumat vermək və onları bu təhlükəli vərdişlərdən uzaq durmaqdır.
Tədbirdə çıxış edənlər zərərli vərdişlərin fiziki sağlamlığa mənfi təsir göstərməsi, immunitet sistemini zəifləməsi, ürək-damar, tənəffüs və sinir sisteminin zədələnməsi ,depressiya, əsəbilik, yaddaş zəifliyi və diqqət dağınıqlığına səbəb olması barədə ətraflı məlumat veriblər.





