Xəbərlər
“Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbirlər keçirilib.

“Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşkilatçılığı ilə oktyabr ayında Şəmkir rayonunun ümumtəhsil məktəblərində “Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin Sədri Amin Alıyev, Şəmkir rayon Polis Şöbəsinin yetginlik yaşına çatmayanlarla iş üzrə Baş İnspektoru Polis mayoru Xəyal Qurbanov, müəllimlər və şagirdlərin iştirakı ilə narkomaniyanın insan sağlamlığına və cəmiyyətə vurduğu mənfi təsirlər barədə çıxışlar edilib.
Tədbirlərin əsas məqsədi şagirdlər arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin fəsadları barədə və gənclərin narkotik vasitələrdən uzaq durmasına yönəlmiş maarifləndirmə işlərinin gücləndirilməsi olub.











