Xəbərlər
"Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə " mövzusunda tədbir keçirilib

"Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə " mövzusunda Yevlax Şəhər Q.Məhərrəmov adına 4 nömrəli ümumtəhsil məktəbində tədbir keçirilib.
Tədbirdə məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Nərminə Abbasova, İlk Həmkar Təşkilatının sədri Fatma Qasımova, məktəbin psixoloqu Sevil Səfərəliyeva və sosial pedaqoq Leyla Qafarova yuxarı sinif şagirdləri iştirak ediblər.
"Zərərli Vərdişlərə Yox Deyək!" mövzusunda keçirilən maarifləndirici tədbirin əsas məqsədi şagirdlərə zərərli vərdişlərin (siqaret, alkoqol, narkotik maddələr və digər asılılıq yaradan vərdişlər) fəsadları haqqında məlumat vermək və onları bu təhlükəli vərdişlərdən uzaq durmağa yönəltmək olub.
Məktəbin psixoloq tədbirdə qeyd edib ki, zərərli vərdişlər fiziki sağlamlığa mənfi təsir göstərir, immunitet sistemini zəiflədir, ürək-damar, tənəffüs və sinir sistemini zədələyir, psixoloji fəsadlar yaradır,depressiya, əsəbilik, yaddaş zəifliyi və diqqət dağınıqlığına səbəb olur.
Məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Nərminə Abbasova çıxışında zərərli vərdişlərin şagirdlərin akademik uğurlarina mənfi təsir göstərməsinə, dərslərdə diqqətin azalmasına, yaddaşın zəifləməsinə, davamiyyətin aşağı düşməsinə və nəticədə təhsildə geriləməyə gətirib çıxarmasını xüsusilə vurğulayıb.
Sosial psixoloq zərərli vərdişlərin şagirdlər arasında sosial münasibətlərin pozurmasına, silədən, və cəmiyyətdən uzaqlaşmağa səbəb olması barədə məlumat verib.
Tədbir zamanı şagirdlərlə interaktiv müzakirələr aparılıb, onların sualları cavablandırılıb və sağlam həyat tərzi üçün tövsiyələr verilib.














