Xəbərlər
"Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə " mövzusunda tədbir keçirilib

"Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə " mövzusunda Yevlax rayonu Duzdaq qəsəbə ümumi orta ümumtəhsil məktəbində tədbir keçirilib.
Tədbirdə məktəbin psixoloqu Elçin Eyyubov, Məktəbin Uşaq birliyi Təşkilati Rəhbəri Qədirli Maral və mıktəbin müəllimi Rəqsanə Əliyeva və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirin əsas məqsədi şagirdlərə zərərli vərdişlərin (siqaret, alkoqol, narkotik maddələr və digər asılılıq yaradan vərdişlər) fəsadları haqqında məlumat vermək və onları bu təhlükəli vərdişlərdən uzaq durmağa yönəltmək olub.
Çıxış edənlər qeyd edib ki, zərərli vərdişlər fiziki sağlamlığa mənfi təsir göstərir, immunitet sistemini zəiflədir, ürək-damar, tənəffüs və sinir sistemini zədələyir, psixoloji fəsadlar yaradır,depressiya, əsəbilik, yaddaş zəifliyi və diqqət dağınıqlığına səbəb olur ki ,buda şagirdlərin akademik uğurlarina mənfi təsir göstərməsinə, dərslərdə diqqətin azalmasına, yaddaşın zəifləməsinə, davamiyyətin aşağı düşməsinə və nəticədə təhsildə geriləməyə gətirib çıxarır.





