Xəbərlər
Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə mövzusunda 284 nömrəli təhsil müəssisəsində maarifləndirici tədbir keçirildi

Narkomaniya – insan orqanizminin narkotik vasitələrə psixoloji və fiziki asılılıq yaratması ilə xarakterizə olunan ciddi sosial və tibbi problemdir. Narkotik vasitələrin qanunsuz istehsalı,daşınması və dövriyyəsi yalnız fərdlərin sağlamlığına deyil, həm də cəmiyyətin təhlükəsizliyinə və mənəvi dəyərlərinə ciddi zərbə vurur.
Bu mövzu ilə əlaqədar Binəqədi Rayon Komitəsinin nəznində olan 284 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdlərinə maarifləndirici tədbir keçirildi. Tədbirdə məktəbin psixoloqu Xasıyeva Gülyanaq çıxış edərək mövzu haqqında slayd hazırlamış və ətraflı məlumat verdi.
Gənclərin sağlam həyat tərzinə istiqamətləndirilməsi narkomaniyanın qarşısı alınmasında əsas prioritetlərdən biridir. Təhsil müəssisələrində psixoloqlar və müəllimlər tərəfindən keçirilən təlimlər mühüm rol oynayır.
Azərbaycan dövləti narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə həm milli, həm də beynəlxalq səviyyədə ardıcıl və prinsipial mövqe tutur. Cəmiyyətin hər bir üzvünün bu mübarizədə fəal iştirakı narkomaniyasız gələcəyin təminatıdır.







