“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

,,Narkomaniya və Narkotik vasitələrin qanunsyz dövriyyəsinə qarşı mübarizə" mövzüsünda görüşlər təşkil edilir

23/10/2026, 10:28
xeber1

,,Narkomaniya və Narkotik vasitələrin qanunsyz dövriyyəsinə qarşı mübarizə" mövzüsünda ETİHİ Yevlax Şəhər Komitəsinin üzv təşkilatlarında görüşlər təşkil edilir.

Yevlax Şəhər İ.Nəsimi adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində "Zərərli vərdişlərə yox deyək "mövzusunda tədbir keçirilib.Tədbirdə məktəbin ilk həmlarlar ittifaqı təşkilat sədri Təranə Əfəndiyeva, məktəbin psixoloqu Ofeliya Əsədova, məktəbin biologiya müəllimi Südabə Əlizadə və məktəbin yuxarı sinif şagirdləri iştirak edib.

Tədbirin əsas məqsədi şagirdlərə zərərli vərdişlərin (siqaret, alkoqol, narkotik maddələr və digər asılılıq yaradan vərdişlər) fəsadları haqqında məlumat vermək və onları bu təhlükəli vərdişlərdən uzaq durmaqdır.

Tədbirdə çıxış edənlər zərərli vərdişlərin fiziki sağlamlığa mənfi təsir göstərməsi, immunitet sistemini zəifləməsi, ürək-damar, tənəffüs və sinir sisteminin zədələnməsi ,depressiya, əsəbilik, yaddaş zəifliyi və diqqət dağınıqlığına səbəb olması barədə ətraflı məlumat veriblər.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: