“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Narkomaniya və onun fəsadları” mövzusunda maarifləndirici seminar keçirilmişdir.

21/10/2025, 23:32
xeber1

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlandı. Daha sonra təşkilatçılar və qonaqlar iştirakçıları salamlayaraq gənclər arasında sağlam həyat tərzinin təbliğinin, narkotik maddələr və digər zərərli vərdişlərdən uzaq durmalarının vacibliyini vurğuladılar.


Seminarın əsas məqsədi gəncləri narkomaniyanın və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onların təhsilə, elmə və idmana marağını artırmaq idi.


Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Çərkəz Tarverdiyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin sədri Əbilov Həzərxan, Bakı şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə gənclər və idman sektorunun müdiri Gündüz Vəliyev, Xəzər Rayon Polis İdarəsinin məsul əməkdaşı Xəyalə Həsənova və psixoloq Gülər Səfərova çıxış edərək mövzu ətrafında ətraflı məlumat verdilər.


Çıxışlar zamanı narkomaniyanın cəmiyyətə, ailəyə və fərdin sağlamlığına vurduğu mənfi təsirlərdən bəhs olundu, gənclərə sağlam və məqsədyönlü həyat tərzi seçməyin önəmi çatdırıldı. Seminar sonda iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və müzakirələrlə yekunlaşdı.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: