Xəbərlər
“Narkomaniyanın fəsadları və ondan qorunmanın yolları” mövzusunda tələbələrlə maarifləndirici tədbir
21/04/2026, 09:51

20 aprel 2026-cı il tarixində “SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kolleci” PHŞ-də Risk qrupuna daxil olan yeniyetmə və gənclərin müəyyənləşdirilməsi, onların arasında zərərli vərdişlərə qarşı təbliğat xarakterli məlumatlandırma işinin aparılması məqsədilə “Narkomaniyanın fəsadları və ondan qorunmanın yolları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə kollec rəhbərliyi Sumqayıt şəhər Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin baş inspektoru, polis kapitanı Rəşad Dadaşlı ,inspektor polis leytenantı Orxan Əlizadə və tələbələr iştirak etdi.








