“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici görüş keçirilib

17/11/2026, 09:36
xeber1

ETİHİ Gəncə Şəhər Komitəsinin təşkilatçılığı ilə gənclər arasında narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, sağlam həyat tərzinin təbliği məqsədilə 37 nömrəli tam orta məktəbin şagirdləri ilə maarifləndirici görüş keçirilib.

Görüşdə Baş Polis İdarəsinin əməkdaşları və səhiyyə nümayəndəsi çıxış edərək narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə mənfi təsirləri, hüquqi və sosial fəsadları, eləcə də narkomaniyanın qarşısının alınması yolları barədə şagirdlərə ətraflı məlumat veriblər. Sağlam həyat tərzinin seçilməsi və zərərli vərdişlərdən uzaq durmağın vacibliyi diqqətə çatdırılıb.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: