Xəbərlər
Narkomaniyaya qarşı mübarizə – sağlam gələcək naminə
04/11/2026, 10:00

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsinin təşəbbüsü ilə Gəncə şəhərinin təhsil müəssisələrində şagirdlər arasında narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirici tədbirlər davam etdirilir.
Tədbirlərdə zərərli vərdişlərin fəsadları barədə məlumat verilmiş, gənc nəslin sağlam və təhlükəsiz gələcəyinin təmin olunmasının vacibliyi vurğulanmışdır.
Sağlam gələcək naminə narkomaniyaya birlikdə yox deyək!






