“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Narkomaniyaya qarşı mübarizə – sağlam gələcəyimiz naminə

29/10/2026, 14:13
xeber1

 ETİHİ Qubadlı rayon Komitəsi tərəfindən gənclər arasında narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

 

Tədbir İsmət Qayıbov adına Saray kənd tam orta ümumtəhsil məktəbində, “Tam Orta Məktəb” TOM layihəsi çərçivəsində təşkil olunmuşdur.

 

Tədbirin məhz bu məktəbdə keçirilməsinin əsas məqsədi yuxarı sinif şagirdlərini, xüsusilə X–XI sinif şagirdlərini əhatə edərək onların narkomaniyanın fəsadları, narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərər barədə məlumatlılığını artırmaq, sağlam həyat tərzinin əhəmiyyətini aşılamaq olmuşdur.

 

Maarifləndirici görüş zamanı narkotik vasitələrin fiziki və psixoloji sağlamlığa mənfi təsirləri, onların gələcək həyat və cəmiyyət üçün yaratdığı təhlükələr diqqətə çatdırılmış, şagirdlər zərərli vərdişlərdən uzaq durmağa, sağlam seçimlər etməyə və öz gələcəklərini qorumağa çağırılmışlar.

 

ETİHİ Qubadlı rayon Komitəsi gənclərin sağlam, təhlükəsiz və sağlam düşüncəli gələcəyinin formalaşmasına töhfə verən maarifləndirici tədbirlərin keçirilməsini vacib hesab edir. İnanırıq ki, belə görüşlər şagirdlərin düzgün qərarlar qəbul etməsinə və narkomaniyaya qarşı mübarizədə məlumatlılığının artmasına xidmət edəcəkdir.

 

Sağlam gələcək naminə birlikdə mübarizə aparaq!

 

#ETİHİ #QubadlıRayonKomitəsi #NarkomaniyayaQarşıMübarizə #SağlamHəyatTərzi #Maarifləndirmə

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: