Xəbərlər
“Narkomaniyaya qarşı mübarizə – sağlam həyatın təminatıdır" mövzusunda maarifləndirici tədbir keçirilib

Samux rayon Çobanabdallı kənd tam orta ümumtəhsil məktəbində “Narkomaniyaya qarşı mübarizə – sağlam həyatın təminatıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir zərərli vərdişlərdən qorunma, fiziki və mənəvi baxımdan sağlam yetişdirilmə məqsədilə təşkil olunub. Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının məktəb üzrə ilk təşkilat sədri, məktəb rəhbərliyi, pedaqoji heyət, gənc müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşdə çıxış edənlər narkomaniya və onun fəsadları: "Əsrin bəlası" olan narkomaniyanın insan orqanizminə vurulduğu sağalmaz yaralar, cəmiyyətə və ailələrə gətirdiyi faciələrdən bəhs edən məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırıblar.






