“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Narkomaniyaya və erkən nikaha yox deyək!"mövzusunda tədbir keçirilib

30/10/2026, 10:09
xeber1

“Narkomaniyaya və erkən nikaha yox deyək!" mövzusundaYevlax Rayonu Yuxarı Bucaq kənd ümumi orta ümumtəhsil məktəbində tədbir keçirilib.

8-ci və 9-cu sinif şagirdləri arasında sağlam həyat tərzi, şəxsi təhlükəsizlik və gələcək həyat seçimləri ilə bağlı məlumatlılığının artırılması məqsədilə məktəb rəhbərliyinin — direktor Rövşən.Bəkirovun və məktəbin psixoloqu Pərvanə Baxşalızadə, Azərbaycan dili və Ədəbiyyatı müəllimi ,məktəbin ilk həmkarlar ittifaqı təşkilat sədri Yusifov Ruslan və Coğrafiya müəllimi Murad Hüseynovun iştirakı ilə 8-ci və 9-cu sinif şagirdləri iştirak ediblər.

Görüş zamanı narkotik vasitələrin insan sağlamlığına və gələcəyinə mənfi təsirləri, erkən nikahın yarada biləcəyi sosial, psixoloji və hüquqi fəsadlar barədə şagirdlərə ətraflı məlumat verilib. Eyni zamanda, sağlam həyat tərzinin təşviqi, düzgün qərarvermə bacarıqlarının formalaşdırılması və gələcəyin məsuliyyətli şəkildə planlaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Belə maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərdə zərərli vərdişlərə və erkən nikaha qarşı düzgün mövqenin formalaşdırılması, onların sağlam, təhlükəsiz və məsuliyyətli gələcəyə hazırlanmasıdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: