Xəbərlər
Narkomaniyaya və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə

13-15 oktyabr 2025-ci il tarixlərdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Cəlilabad rayon komitəsinin təşkilatçılığı ilə heyət üzvləri rayonun 2, 3 və 9 nömrəli tam orta ümumtəhsil məktəblərində şagirdlərlə “Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” mövzusunda tədbirlər keçirib.
Uşaqlar ən çox məktəb həyatında formalaşdıqları üçün sabahın vətəndaşları gələcəkdə cəmiyyətdə hansı yola üz tutacaqlarını müəyyənləşdirirlər. Bu səbəbdən evdəki mikromühitdən fərqli olaraq, burdakı məktəb həyatı daha geniş insan çevrəsini əhatə etdiyi qeyd olunub. Tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hal alması, insan sağlamlığına və cəmiyyətə mənfi təsirləri barədə məlumatlar verilib, gənclərin zərərli vərdişlərdən uzaq durmasının təşviq olunması tövsiyə edilib.






