Xəbərlər
"Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə" mövzusunda keçirilən tədbir

Gənclər arasında narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, sağlam həyat tərzinin təbliği məqsədilə 13.10.2025-ci il tarixdə Şirvan şəhəri M.İsrayılov adına 18 nömrəli humanitar-təbiət təmayüllü məktəb -liseydə "Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə" mövzusunda təşkil olunmuş tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan Təhsil Sektorunun nümayədələri, məktəb direktorları, gənc müəllimlər, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Şirvan Peşə Liseyinin tələbələri və yuxarı sinif şagirdləri iştirak etdilər. Tədbirdə çıxış edən natiqlər narkomaniyanın necə bir bəla olması, insan sağlamlığına, ailə və cəmiyyətə vurduğu ağır fəsadlar barədə geniş məlumat verərək, gənclərə sağlam həyat tərzi seçmələri, idman və faydalı məşğuliyyətlərə üstünlük vermələrini tövsiyyə etdilər. ETİHİ Şirvan Şəhər Komitəsinin sədri Niyazi Nəcəfov isə öz çıxışında bildirdi ki, narkomaniya müasir cəmiyyətin ən ciddi sosial problemlərindən biridir.Ölkəmizdə də bu məsələnin getdikcə aktual hala gəlməsi, narkotiklərin qanunsuz dövriyyəsi, istifadəçilərin sayı, ailələrə və cəmiyyətə vurulan zərər, bu mübarizənin nə qədər vacib olduğunu göstərir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kompaniya xarakterli deyil, davamlı siyasətdir. Ölkəmizdə siyasi-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa qarşı mübarizə ümumdövlət, ümumxalq vəzifəsi kimi qəbul edilmişdir. Aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəsini zəruri etmişdir. ETİHİ Şirvan Şəhər Komitəsi gələcəkdə də gənclər arasında belə maarifləndirici tədbirlərin keçirilməsini davam etdirəcəkdir.










