“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi

20/10/2026, 12:40
xeber1

20 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunda “Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirin əsas məqsədi gənc alimlər, doktorantlar və institut əməkdaşları arasında sağlam həyat tərzini təbliğ etmək, narkomaniyanın insan sağlamlığına, cəmiyyətə və mənəvi dəyərlərə vurduğu zərərlər barədə məlumatlılığı artırmaq, eləcə də narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində maarifləndirmə işlərini gücləndirmək olub.

Tədbiri giriş sözü ilə açan Riyaziyyat İnstitutunun elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru Sevinc Quliyeva iştirakçılara tədbirin məqsədi və əhəmiyyəti barədə məlumat verib.

Riyaziyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent İradə Mirzəzadə çıxışında cəmiyyətin mənəvi və fiziki sağlamlığı üçün ciddi təhlükə yaradan narkomaniyaya qarşı mübarizədə elm və təhsil müəssisələrinin üzərinə düşən məsuliyyətdən danışıb. O, gənclərin asudə vaxtlarının səmərəli təşkilinin, onların elmi, idman və mədəni-kütləvi tədbirlərə cəlb olunmasının zərərli vərdişlərdən uzaq durmalarında mühüm rol oynadığını qeyd edib. 

Daha sonra çıxış edən Daxili İşlər Nazirliyinin nümayəndəsi, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova dövlətin narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdiyi mübarizə tədbirləri, eləcə də bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verib. O, qanunsuz dövriyyəyə qarşı mübarizədə hüquq-mühafizə orqanlarının fəaliyyətindən bəhs edib, xüsusilə kiberməkanda gəncləri hədəf alan təhlükələrə qarşı diqqətli olmağın vacibliyini vurğulayıb. Kəmalə Ələkbərova narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə bağlı qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirlərini diqqətə çatdıraraq, profilaktik və maarifləndirici tədbirlərin hüquq pozuntularının qarşısının alınmasında mühüm əhəmiyyət daşıdığını bildirib.

Bakı Şəhər Narkoloji Mərkəzinin sosioloqu Fidan Ataxanlı narkotik asılılığın fərdin psixoloji vəziyyətinə, ailə münasibətlərinə və sosial həyatına, eləcə də bütövlükdə cəmiyyətə mənfi təsirlərindən danışıb. O, narkotik asılılığın insanın sosial əlaqələrinin zəifləməsinə və cəmiyyətdən təcrid olunmasına səbəb ola biləcəyini qeyd edərək, gənclərdə zərərli vərdişlərə qarşı dayanıqlılığın formalaşdırılmasının və mənfi təsirlərə “yox” demək bacarığının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Fidan Ataxanlı, həmçinin gənc alimlərin sağlamlıqlarını qoruyaraq elmi fəaliyyətlərini uğurla davam etdirmələrinin və Azərbaycan elminin inkişafına töhfə vermələrinin əhəmiyyətini diqqətə çatdırıb.

Sonda qonaqlar institut əməkdaşlarının və gənclərin mövzu ilə bağlı suallarını ətraflı cavablandırıblar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: