Xəbərlər
“Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” mövzusunda Sağlam Gəncliyə Güclü İnsan Kapitalı tədbiri
Azərbaycan Texniki Universiteti (AzTU) , AZTU HIK və “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 28 oktyabr 2026-cı il tarixində narkomaniyaya qarşı mübarizə, onun fəsadları barədə maarifləndirmənin artırılması və sağlam həyat tərzinin təbliği məqsədilə tələbə və universitet əməkdaşlarının iştirakı ilə maarifləndirici tədbiri keçirilmişdir.
Tədbirin əsas məqsədi narkomaniyanın fərdin sağlamlığına və cəmiyyətə mənfi təsirləri barədə məlumatlılığın artırılması, gənclər arasında sağlam həyat tərzinin təşviqi və narkomaniyaya qarşı mübarizə sahəsində profilaktik tədbirlərin əhəmiyyətinin vurğulanmasıdır.
Tədbirə qonaq qismində “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndəsi Vasif Quliyev, Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis mayoru Zaur Məhərrəmov, Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzinin sosioloqu Fidan Ataxanlı və psixoloq Xəyal Qurbanov iştirak etmişlər.



