Xəbərlər
“Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” mövzusunda tədbir keçirilib.

ETİHİ Beyləqan Rayon Komitəsinin təçkilatçılığı ilə 20 oktyabr 2026-cı il tarixdə Beyləqan rayon Ə.Rzayev adına Dünyamalılar kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbin IX-XI sinif şagirdlərinin iştirakı ilə narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə mövzusundamaarifləndirici tədbir keçirilmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlər arasında narkomaniyanın zərərli nəticələri baradə məlumatın artırılması,sağlam həyat tərzinin təbliği,insan həyatına və cəmiyyətə vurduğu zərərin,eləcədə gənclərin zərərli vərdişlərdən qorunması barədə geniş məlumat verilmişdir.
Tədbirin sonunda şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılmış, narkomaniyaya qarşı mübarizədə maarifləndirmə işlərinin əhəmiyyəti vurğulanmışdır.








