“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Narkomaniyaya yox deyək"

30/10/2026, 12:35
xeber1

Qazax Dövlət Sosial İqtisad Kollecində tələbələr arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin fəsadları barədə maarifləndirmə işinin gücləndirilməsi məqsədilə tədbir keçirilib.

Tədbirdə tələbələrə zərərli vərdişlərin insan sağlamlığına mənfi təsiri barədə məlumat verildi.

Zərərli vərdişlərdən uzaq durması, öz sağlamlıqlarına məsuliyyətlə yanaşması tövsiyyə olundu.

Tələbələrə bir daha sağlam gələcəyin təmin olunması vurğulandı ki, bütün gənclər narkomaniyaya qarşı qətiyyətli mövqey tutmalıdırlar.

Kollecin təlim-tərbiyə ürzə direktor müavini Turanə Məmmədova, tədris hissə müdiri Arif Mustafayev, psixoloq Şahliq Mustafayeva, ilk həmkarlar ittifaqı təşkilatının sədri Natiq Rəhimov iştirak edərək narkomaniyanın cəmiyyət üçün yaratdığı təhlükələr onun insan sağlamlığına vurduğu zərər barədə fikirlərini bildirdilər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: