“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirildi.

31/10/2025, 17:48
xeber1

Xaçmaz şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbində “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirildi.


Tədbirdə narkomaniyanın fəsadları, zərərli vərdişlərin insan sağlamlığına və cəmiyyətə təsiri barədə məlumatlar verildi, şagirdlərə sağlam həyat tərzinin önəmi aşılandı.


Tədbirdə Xaçmaz Rayon Polis Şöbəsinin rəis köməkçisi polkovnik leytenantı Mahir Hacıbalayev,Quba–Xaçmaz Regional Təhsil İdarəsi Xaçmaz rayon Təhsil Sektorunun müdiri Qələmşah Dostuyev, Xaçmaz Rayon Gənclər və İdman sektorunun müdiri Elman Məmmədov, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkim-narkoloqu Ağakərim Muradxanov və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xaçmaz rayon komitəsinin sədri Yaşar Abbasov iştirak ediblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: