“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Narkomaniyaya Yox Deyək!” adlı maarifləndirici tədbirlər keçirilib.

14/10/2025, 16:45
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Suraxanı Rayon Komitəsinin təşkilatçılığı ilə rayonun 114, 89, 172 və 318 nömrəli tam orta məktəblərində “Narkomaniyaya Yox Deyək!” adlı maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərdə Suraxanı Rayon Komitəsinin əməkdaşları, ilk həmkarlar təşkilatlarının sədrləri, məktəb direktorları, hüquq-mühafizə orqanlarının nümayəndələri və psixoloqlar iştirak ediblər. Onlar yuxarı sinif şagirdləri ilə görüşərək narkomaniyanın zərərləri haqqında tərbiyəvi söhbətlər aparıblar.

Görüşlər zamanı mövzu ilə bağlı maarifləndirici videoçarxlar nümayiş etdirilib, zərərli vərdişlərin insan sağlamlığına və cəmiyyətə vurduğu mənfi təsirlər barədə ətraflı məlumat verilib.

Tədbirlərin əsas məqsədi şagirdlər arasında sağlam həyat tərzinin təbliği, narkomaniyaya qarşı ictimai məsuliyyətin artırılması və gənclərin zərərli vərdişlərdən uzaq durmağa təşviq olunması olub.

Sonda şagirdlər və gənclər narkomaniyaya qarşı birgə səs verərək “Yox!” deyiblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: