“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Narkomaniyaya YOX deyək!” başlığı altında dəyirmi masa keçirilib

30/10/2026, 10:16
xeber1

“Narkomaniyaya YOX deyək!”

Yevlax şəhər N.Nərimanov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlər arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin fəsadları barədə maarifləndirmə işinin gücləndirilməsi məqsədilə “Narkomaniyaya yox deyirik!” başlığı altında dəyirmi masa keçirilib.

Məktəbin psixoloqu Əliyev Elyar narkomaniyanın cəmiyyət üçün yaratdığı təhlükələr, onun insan sağlamlığına və gələcəyinə vurduğu zərər barədə fikirlərini bildirib. Dəyirmi masada narkomaniyanın təkcə fərdin sağlamlığına deyil, eyni zamanda ailələrin rifahına və cəmiyyətin gələcəyinə də ciddi təhlükə yaratdığı qeyd edilib.Bu baxımdan yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirlərinin keçirilməsi, onların sağlam həyat tərzinə yönləndirilməsi və asudə vaxtlarının səmərəli təşkil edilməsi mühüm əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində şagirdlərin zərərli vərdişlərdən uzaq durması, düzgün həyat seçimləri etməsi, öz sağlamlıqlarına məsuliyyətlə yanaşması və gələcəklərini qoruması ilə bağlı tövsiyələr səsləndirilib.

Sonda bir daha vurğulanıb ki, sağlam gələcəyin təmin olunması üçün hər bir gənc narkomaniyaya qarşı qətiyyətli mövqe tutmalı, sağlamlığını qorumalı və cəmiyyətin sağlam inkişafına öz töhfəsini verməlidir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: