“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Narkomaniyaya yox deyək" mövzusunda seminar keçirildi

14/10/2025, 11:48
xeber1

“Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar Komitəsinin Quba Rayon Təşkilatının tədbirlər planına uyğun olaraq Quba rayonunun Qımılqışlaq kənd tam orta ümumtəhsil məktəbində və Quba rayonu Aşağı Tüləkəran kənd tam orta ümumtəhsil məktəbində həmkarlar ittifaqı üzvlərinin və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub.

Tədbirlərdə Quba 1 saylı MT direktoru Hümmət Əliyev və Qeyri-Hökumət Təşkilatlarının Quba Regional Resurs Təlim Mərkəzinin direktoru Eynulla Xeyrullayev dəvət olunmuş qonaq qismində iştirak ediblər.

Elm və Təhsil İşçiləri Həmkarlar Komitəsinin Quba Rayon Təşkilatının sədri Vüsalə Kərimova çıxışı zamanı mövzunun gənclər arasında maarifləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq qeyd edib ki, narkomaniya yalnız bir fərdin deyil, bütövlükdə ailənin və cəmiyyətin rifahına ciddi təsir göstərən sosial bəladır.

Daha sonra çıxış edən hüquqşünas, mediator Hümmət Əliyev və QHT-lərin Quba Regional Resurs Təlim Mərkəzinin direktoru Eynulla Xeyrullayev təhsil müəssisələrində sağlam düşüncənin, düzgün həyat tərzinin və məsuliyyət hissinin formalaşdırılmasının vacibliyinə toxunublar.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: