“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Narkomaniyaya yox deyək!” – Sağlam gələcək naminə maarifləndirici tədbir

16/10/2026, 16:46
xeber1

Ağcabədi rayonu Xocavənd kəndi S. Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində həmkarlar təşkilatının sədri İbrahimova Natəvan Tofiq qızının təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” adlı tədbir təşkil olunub.

Məqsəd şagirdlərin sağlam həyat tərzi ruhunda tərbiyə olunması, narkomaniyanın fəsadları barədə məlumatlandırılması və zərərli vərdişlərdən qorunması olub.

Məktəbin psixoloqu Samirə İsmayılovanın təşkilatçılığı ilə X sinif şagirdlərinin iştirakı ilə keçirilən “Narkomaniyaya yox deyək!” adlı tədbirdə narkomaniyanın insan sağlamlığına, ailə dəyərlərinə və cəmiyyətin gələcəyinə vurduğu ciddi zərərlər barədə ətraflı məlumat verilib.

Tədbir zamanı narkotik vasitələrdən istifadənin insanın fiziki və psixoloji sağlamlığına mənfi təsirləri, onun ağır fəsadları, eləcə də bu təhlükəli asılılığın qarşısının alınmasında maarifləndirmənin, düzgün həyat tərzinin və sağlam düşüncənin əhəmiyyəti diqqətə çatdırılıb.

Məktəbin direktoru İbrahimov Zahir, müəllimlərdən Təyyar Hacıyev, Sevil Abdullayeva, Uşaq Birliyi Təşkilatının rəhbəri Kəmalə Əliyeva şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi apararaq onları zərərli vərdişlərdən uzaq durmağa, asudə vaxtlarını səmərəli keçirməyə, idmanla məşğul olmağa, faydalı bilik və bacarıqlar qazanmağa təşviq edib. Həmçinin vurğulanıb ki, gənclərin sağlam, savadlı, məsuliyyətli və cəmiyyətə faydalı vətəndaşlar kimi formalaşmasında ailənin, məktəbin və bütövlükdə cəmiyyətin üzərinə mühüm vəzifələr düşür.

Şagirdlərə narkomaniyaya qarşı mübarizədə məlumatlı olmağın, düzgün qərarlar verməyin, mənfi təsirlərə qarşı iradə nümayiş etdirməyin və sağlam həyat prinsiplərinə sadiq qalmağın vacibliyi izah edilib.

Unutmayaq: Sağlam gənclik – sağlam gələcək deməkdir! Narkomaniyaya yox deyək, sağlam həyata və parlaq gələcəyə birlikdə addımlayaq!

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: