“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Narkomaniyaya yox deyirik!” başlığı altında dəyirmi masa keçirilib.

28/10/2026, 11:05
xeber1

Yevlax şəhər T.Əzimov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlər arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin fəsadları barədə maarifləndirmə işinin gücləndirilməsi məqsədilə “Narkomaniyaya yox deyirik!” başlığı altında dəyirmi masa keçirilib.

Məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən, təlim-tərbiyə işləri üzrə direktor müavini İlayə Hüseynova, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Raksana Həsənova, məktəb üzrə Həmkarlar İttifaqının sədri Leyla Məmmədova, məktəbin psixoloqu Məstəliyeva Səadət, Uşaq Birliyi Təşkilatı Rəhbəri Hümbətova Vəfa iştirak edərək narkomaniyanın cəmiyyət üçün yaratdığı təhlükələr, onun insan sağlamlığına və gələcəyinə vurduğu zərər barədə fikirlərini bildiriblər. Dəyirmi masada narkomaniyanın təkcə fərdin sağlamlığına deyil, eyni zamanda ailələrin rifahına və cəmiyyətin gələcəyinə də ciddi təhlükə yaratdığı qeyd edilib.Bu baxımdan yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirlərinin keçirilməsi, onların sağlam həyat tərzinə yönləndirilməsi və asudə vaxtlarının səmərəli təşkil edilməsi mühüm əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində şagirdlərin zərərli vərdişlərdən uzaq durması, düzgün həyat seçimləri etməsi, öz sağlamlıqlarına məsuliyyətlə yanaşması və gələcəklərini qoruması ilə bağlı tövsiyələr səsləndirilib.

Sonda bir daha vurğulanıb ki, sağlam gələcəyin təmin olunması üçün hər bir gənc narkomaniyaya qarşı qətiyyətli mövqe tutmalı, sağlamlığını qorumalı və cəmiyyətin sağlam inkişafına öz töhfəsini verməlidir.

“Narkomaniyaya yox deyirik! Sağlam gələcək naminə sağlam həyat tərzini seçək!”

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: