Xəbərlər
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” mövzusunda ilə görüş keçirildi

Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” mövzusunda yuxarı sinif şagirdləri ilə görüş keçirildi.
15 oktyabr 2025-ci il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay rayon Komitəsi tərəfindən Göyçay Gənclər Evi və Göyçay şəhər 3 nömrəli tam orta məktəbində Rayon Polis Şöbəsinin məsul əməkdaşları ilə birgə “Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” mövzusunda maarifləndirici görüşlər təşkil olunmuşdur.
Tədbirdə çıxış edən mütəxəssislər narkotik vasitələrin istifadəsinin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlər, həmçinin hüquqi və psixoloji yardım imkanları barədə ətraflı məlumat vermiş, gəncləri sağlam həyat tərzinə səsləmişlər.
Görüş zamanı şagirdlərlə açıq müzakirələr aparılmış, onların sualları cavablandırılmışdır.






