“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Narzan bulağına səfər

10/08/2026, 10:36
xeber1

Təhsil işçiləri üçün təşkil olunan növbəti səfər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin dəstəyi ilə Ağstafa rayon Tatlı kənd 1 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi Gədəbəy rayonunun füsunkar təbiəti ilə seçilən Narzan bulağına səfər edib.

Səfər iştirakçıları istirahət zamanı onlara yaradılan şəraitdən məmnunluqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə dərin təşəkkürlərini bildirdilər.

Qeyd olundu ki, təhsil işçilərinin əməyinə göstərilən diqqət və verilən yüksək dəyər onların fəaliyyətinə böyük stimul verir. Belə təşəbbüslər kollektivlərin mənəvi ruh yüksəkliyinin artırılmasına, qarşıdan gələn yeni tədris ilində öz fəaliyyətlərini daha böyük həvəs və əzmlə davam etdirmələrinə mühüm töhfə verir. Təhsil işçilərinin sosial rifahının və asudə vaxtının səmərəli təşkilinin diqqətdə saxlanılması həmkarlar ittifaqının fəaliyyətinin əsas istiqamətlərindən biridir.

Sosial şəbəkələrdə paylaş: