Xəbərlər
Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində Respublika Fənn Olimpiadasında 8 medal qazanan şagirdlərlə və onların fənn müəllimləri ilə görüş keçirildi.

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində Respublika Fənn Olimpiadasında 8 medal qazanan şagirdlərlə və onların fənn müəllimləri ilə görüş keçirildi.
Görüşdə İsmayıllı təhsil sektorunun müdiri Rəşid Məmmədli, Respublikanın Əməkdar Müəllimi, məktəbin sabiq direktoru Qalib Bashirov, EIm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov tədbirdə iştirak etdilər.
Xatırladaq ki, RFO üzrə İsmayıllı rayonunda 15 şagird medala layiq görülüb. Bunlardan 8 nəfəri 6 nömrəli tam orta məktəbin şagirdləridir. Medal qazanan şagirdlər və onların müəllimlərinin Rayon Komitəsi tərəfindən mükafatlandırılması qərarlaşdırıldı. Sonda RFO və digər bilik müsabiqələrində şagirdləri müvəffəqiyyətlə çıxış etdiyinə görə məktəb kollektivi ETİHİ Rayon Komitəsinin fəxri fərmanı ilə mükafatlandırıldı.















