“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində Vətən uğrunda canından keçən,məktəbin məzunu,qəhrəman Şəhid Ramil Musayevin doğum günü dərin hüzn,sonsuz ehtiram və qürur hissi ilə anılmışdır.

04/05/2026, 10:51
xeber1

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində Vətən uğrunda canından keçən , məktəbin məzunu , qəhrəman Şəhid Ramil Musayevin doğum günü dərin hüzn, sonsuz ehtiram və qürur hissi ilə anılmışdır.

Tədbir boyu sanki zaman bir anlıq dayanmış, hər kəsin qəlbində şəhidimizin xatirəsi ilə bağlı kövrək duyğular canlanmışdır. Onun yarımçıq qalan ömrü, yarımçıq qalan arzuları və Vətən sevgisi ilə yazdığı qəhrəmanlıq dastanı hər kəsi dərindən sarsıtmışdır.

Şəhidin anası və ailə üzvlərinin, xüsusən adını daşıdığı 5 yaşlı oğlu Ramilin tədbirdə iştirakı bu anları daha da təsirli etmiş, bir ananın qüruru ilə dərdi yanaşı yaşaması hər kəsin qəlbinə toxunmuşdur. Bu müqəddəs görüşdə İsmayıllı rayon Təhsil sektorunun müdiri Rəşid Məmmədli , ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, məktəbin hərbi hazırlıq müəllimi Əsgər Manafov , məktəbin direktoru Ağakərim İsgəndərov , müəllimlər və şagirdlər iştirak edərək şəhidimizin əziz xatirəsi qarşısında baş əymişlər.

Səslənən hər bir söz, oxunan hər bir şeir, söylənən hər bir xatirə bir həqiqəti bir daha xatırlatdı: bu torpaq şəhid qanı ilə yoğrulub və biz onların sayəsində bu gün azad nəfəs alırıq.

Ramil Musayev kimi igidlərin xatirəsi təkcə yaddaşlarda deyil, hər birimizin ürəyində əbədi yaşayacaq. Onların adı yaşadıqca Vətən yaşayacaq, Vətən yaşadıqca isə onlar heç zaman unudulmayacaq. 

 Allah bütün şəhidlərimizə rəhmət eləsin. 

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: