“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbinin akt zalında “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir təşkil olunub.

28/02/2026, 21:55
xeber1

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbinin akt zalında “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir təşkil olunub. Tədbirdə İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, məktəb direktorları və coğrafiya müəllimləri iştirak ediblər.


Tədbir zamanı İsmayıllı Təhsil Sektorunun müdiri və ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti, bu istiqamətdə görülən işlər və gələcək hədəflərlə bağlı çıxış ediblər. Çıxışlarda şəhərsalma mədəniyyətinin təbliği, memarlıq irsinin qorunması və gənc nəslin bu sahəyə marağının artırılmasının vacibliyi vurğulanıb.Bundan əlavə ETİHİ Respublika Komitəsində son dövrdə həyata keçirilən çoxsaylı layihələrdən, sanatoriya və istirahət evlərinə göndərişlərin verilməsində qəbul edilmiş yeniliklər haqqında ittifaq üzvlərinə ətraflı məlumat verilmişdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: