“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Naxçıvan şəhərində Bakı Slavyan Universitetinin (BSU) Müasir Dillər layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Xarici Dil Müəllimlərinin II Regional Forumu keçirilib.

31/05/2026, 23:22
xeber1

BSU Naxçıvanda Xarici Dil Müəllimlərinin II Regional Forumunu keçirib

Mayın 1-də Naxçıvan şəhərində Bakı Slavyan Universitetinin (BSU) Müasir Dillər layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Xarici Dil Müəllimlərinin II Regional Forumu keçirilib.

Forum Naxçıvan Muxtar Respublikasının tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin bir qrup xarici dil müəllimlərini, təhsil mütəxəssislərini və akademik heyəti bir araya gətirərək müasir tədris yanaşmalarının müzakirəsi üçün mühüm platforma rolunu oynayıb. Tədbir çərçivəsində xarici dil tədrisinin aktual problemləri, innovativ metodların tətbiqi və müəllim hazırlığının keyfiyyətinin artırılması məsələləri geniş müzakirə olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: