Xəbərlər
Nazlı Bulaq istirahət mərkəzində Siyəzən rayon ümumtəhsil müəssələrində çalışan bir qrup Həmkarlar İttifaqı üzvləri üçün iftar süfrəsi.

17 mart 2025-ci il tarixində ETİHİ Respublika Komitəsinin dəstəyi və ETİHİ Siyəzən Rayon Komitəsinin təşkilatçılığı ilə Quba rayonunun Nazlı Bulaq istirahət mərkəzində Siyəzən rayon ümumtəhsil müəssələrində çalışan bir qrup Həmkarlar İttifaqı üzvləri üçün iftar süfrəsi təşkil edilmişdir.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı üzvlərinin iştirak etdiyi iftar mərasimində Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, dualar oxunub, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbriklər səslənib.
Tədbirdə çıxış edən ETİHİ Siyəzən Rayon Komitəsinin sədri Gülər Babayeva İttifaq üzvlərinə ETİHİ Respublika Komitəsinin sədri cənab Araz Paşayevin salamını və bayram təbriklərini çatdırmışdır.
Tədbirdə çıxış edən İttifaq üzvləri - Siyəzən Rayon Təhsil Sektorunun müdri Elşad Sultanov, Siyəzən rayon M. Müşfiq adına 2 saylı tam orta məktəbin kitabxanacısı şəhid anası Bahar Məmmədova və Siyəzən rayon V. Qasımov adına Yenikənd tam orta məktəbin texniki işçisi şəhid anası Güllü İsayeva çıxış edərək İttifaq üzvlərinə göstərilən diqqət və qayğıya görə AHİK sədri cənab Sahib Məmmədova və ETİHİ Respublika Komitəsinin sədri cənab Araz Paşayeva dərin minnətdarlıqlarını bildirmişdilər.
Allah dua və diləklərinizi, tutduğunuz orucu qəbul etsin!

















