Xəbərlər
"Nazlı Bulaq" İstirahət Mərkəzinə səyahət
03/06/2026, 15:13

ETİHİ Respublika Komitəsinin dəstəyi və ETİHİ Qazax RK-nin təşkilatçılığı ilə Qazax rayonu ümumtəhsil məktəbinin bir qrup müəllimləri Quba rayonunda yerləşən Nazlı Bulaq İstirahət Mərkəzinə ekskursiya təşkil etmişlər.
Müəllimlərin asudə vaxtlarının səmərəli təşkili, sosial rifahının yaxşılaşdırılması, sağlamlıqlarının qorunması və əmək fəaliyyətində motivasiyalarının artırılması məqsədilə təşkil olunan bu istirahət proqramı iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanmışdır.
Bu cür layihələr təhsil işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsi olmaqla yanaşı, onların gələcək fəaliyyətinə də müsbət təsir göstərir.







