“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

N.Behdiyev adına şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində çalışmanın son yaş həddinə çatmış texniki işçisi Mirzəyeva Sahilə Arif qızının 65 illik yubiley tədbiri keçirilmişdir.

25/08/2026, 10:16
xeber1

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı olan N.Behdiyev adına şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində çalışmanın son yaş həddinə çatmış texniki işçisi Mirzəyeva Sahilə Arif qızının 65 illik yubiley tədbiri keçirilmişdir. 


Tədbirdə ETİHİ İsmayıllı Rayon Komitəsinin mühasibi Musa Qədirov,məktəbin direktoru Ağakərim İskəndərov və texniki heyət iştirak ediblər. Yubilyar haqqında çıxış edən natiqlər Sahilə xanımın işinə çox məsuliyyətlə yanaşdığını və öz səmimiliyi ilə kollektivin dərin hörmətini qazandığını vurğulayıblar. 


 Məktəbin texniki işçisi Mirzəyeva Sahilə Arif qızının 65 illik yubiley yaşının tamam olması münasibətilə ETİHİ İsmayıllı Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyəsi ilə təltif olundu.Bütün təhsil ictimaiyyəti adından təbrik edir, ona sağlam ömür və xoş istirahət arzulayırıq.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: