Xəbərlər
İncəsənət fakültəsinin əməkdaşları ekskursiyada
01/06/2026, 11:48

Əməkdaşların asudə vaxtının səmərəli təşkili məqsədilə İncəsənət fakültəsinin əməkdaşları Lerikə ekskursiya ediblər.
Səfər iştirakçılara rayonun tarixi, mədəni və görməli məkanları yaxından tanış olmaq imkanı yaradıb. Maraqlı və xoş təəssüratlarla yadda qalan ekskursiyanın nəqliyyat təminatı Həmkarlar İttifaqı Komitəsi tərəfindən həyata keçirilib.
Görüş xoş ünsiyyət və faydalı müzakirələrlə yadda qalıb.





