Xəbərlər
İncəsənət və fiziki tərbiyə fakültəsində əməkdaşlarla görüş keçirilib.

Ali təhsil müəssisəsinin rəhbər nümayəndəsinin və Həmkarlar İttifaqı Komitəsi sədrinin İncəsənət və fiziki tərbiyə fakültəsinin professor-müəllim heyəti və əməkdaşları ilə görüşü təşkil olunub.
Sənətin və yaradıcılığın xüsusi yer tutduğu fakültədə keçirilən görüş zamanı Universitet Elmi Şurasına fakültə tərəfindən nümayəndələrin seçkisi keçirilib, bu prosesinin ədalətli və açıq mühitdə həyata keçirilməsi təmin olunub.
Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Əliyev əməkdaşların hüquqlarının müdafiəsi, onların sosial rifahının təmin olunması və sağlam iş mühitinin formalaşdırılması istiqamətində görülən işlər barədə danışıb. Kollektiv müqavilənin müddəaları fakültə əməkdaşlarına ətraflı izah edilib, onların hüquqlarını müdafiə edəcək maddələr vurğulanıb.
Səmimi müzakirə şəraitində keçən görüşdə iştirakçıların fikir və təklifləri dinlənib, onları maraqlandıran suallar ətraflı cavablandılırıb. Qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunda baş tutan tədbir fakültə kollektivinin birliyini və inkişaf əzmini bir daha nümayiş etdirib.
Sonda kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.





