Xəbərlər
‘Nə? Harada? Nə zaman?’ adlı tələbələrarası Azərbaycan kuboku intellektual oyunu.

26 iyun 2025-ci il tarixində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) və Xəzər İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə ‘Nə? Harada? Nə zaman?’ adlı tələbələrarası Azərbaycan kuboku intellektual oyunu keçirilmişdir.
Tədbirdə həmçinin Azərbaycan Respublikasının Gənclər və İdman Naziri cənab Fərid Qayıbov, ATİAHİ RK Sədri Cənab Araz Paşayev, Kütləvi və İdman işləri şöbəsinin müdiri Cənab Elnur Sadiqov'un tələbələrlə görüşü baş tutmuşdur.
Bakı Slavyan Universitetinin tələbələri bu intellektual oyunda “REKVİEM” adı altında iştirak ediblər.
Həmçinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Fatimə Bağırzadə ‘Nə? Harada? Nə zaman?’ adlı tələbələrarası Azərbaycan kuboku intellektual oyununun təşkilində göstərdiyi fəal iştiraka görə təltif edilib.





