“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Nə? Harada? Nə zaman?" intellektual yarışı təşkil olundu.

06/07/2026, 16:46
xeber1

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı, SABAH THİK-in təşəbbüsü ilə fakültə daxili "Nə? Harada? Nə zaman?" intellektual yarışı təşkil olundu.


Tədbirin əsas məqsədi tələbələrin analitik düşünmə bacarıqlarını inkişaf etdirmək, komanda işi mədəniyyətini gücləndirmək və onların bilik potensialını üzə çıxarmaq idi.


Yarış müddətində komandalar müxtəlif mövzuları əhatə edən suallar üzərində mübarizə apararaq həm nəzəri biliklərini nümayiş etdirdilər, həm də sürətli qərarvermə bacarıqlarını sərgilədilər. Tələbələrin aktiv iştirakı, motivasiyası və intizamlı çıxışları tədbirin yüksək səviyyədə keçməsinə səbəb oldu.


Sonda isə maraqlı və bir o qədər də gərgin mübarizə şəraitində keçən turnirdə qalib gələn komanda üzvləri sertifikatla təltif olunmuşdur. Turnirdə iştirak edən bütün tələbələrə təşəkkür edir, qalib gələn komandaları isə bir daha təbrik edirik.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: