Xəbərlər
Neftçala 1 saylı Körpələr evi uşaq bağçasında "Əlvida, bağça" adlı tədbir keçirilib
25/08/2026, 10:02

Neftçala şəhər 1 saylı Körpələr Evi–Uşaq Bağçasında balacaların bağça həyatına vida, məktəb həyatına isə ilk addım münasibətilə “Əlvida, bağça!” adlı möhtəşəm tədbir keçirilib.
İllərdir bağçada qazandıqları bilik və bacarıqlarla artıq məktəbə qədəm qoymağa hazırlaşan balacalar öz çıxışları, şeirləri, mahnıları və rəqsləri ilə tədbirə xüsusi rəng qatıblar.
Bağça illəri uşaqlığın ən gözəl xatirələrindən biridir. Bu gün balacalar üçün yeni bir yolun başlanğıcıdır — məktəb həyatı, yeni dostlar, yeni biliklər və böyük arzular!
Əziz balacalar, məktəb yolunuz açıq, uğurlarınız bol olsun! Hər zaman sağlam, xoşbəxt və işıqlı gələcəyə doğru addımlayın!






