Xəbərlər
Neftçala məktəblərində Azərbaycanlıların Soyqırımı Günü münasibətilə silsilə açıq dərslər keçirilib
06/04/2026, 15:27

ETİHİ Neftçala rayon Komitəsinin üzv təşkilatlarında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə silsilə açıq dərslər keçirilib.
Keçirilən açıq dərslərdə bu tarixi günün mahiyyəti, xalqımıza qarşı törədilmiş faciələr, soyqırımın səbəbləri və nəticələri barədə ətraflı məlumat verilib. Şagirdlərə 1918-ci ilin mart hadisələri, azərbaycanlılara qarşı həyata keçirilmiş qətliamlar, eləcə də bu hadisələrin tariximizdə buraxdığı dərin izlər haqqında geniş izahlar təqdim olunub.













